...

Azərbaycanın NATO ilə tərəfdaşlıq münasibətləri ölkə üçün sərfəlidir – İtaliya səfiri

Siyasət Materials 23 Noyabr 2010 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir T.Konyaeva/

Azərbaycanın NATO ilə tərəfdaşlıq münasibətləri ölkə üçün sərfəlidir. Belə ki, ölkə kifayət qədər mürəkkəb mühitdədir. İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi belə düşünür.

"Azərbaycan kifayət qədər əlverişsiz coğrafi vəziyyətdədir və İran, Dağıstan Respublikası (Rusiya), yaxın keçmişdə müharibə vəziyyətində olan Gürcüstan və ölkənin münaqişədə olduğu Ermənistan kimi kifayət qədər mürəkkəb dövlətlərlə əhatə olunub və buna görə də NATO ilə tərəfdaşlıq münasibətləri ölkə üçün sərfəlidir", - səfir çərşənbə axşamı "Səfir saatı" layihəsi çərçivəsində təşkil olunan Qərb Universitetinin tələbələri ilə görüşdə deyib.

"Söhbət Azərbaycanın alyansa daxil olmasından deyil, tərəfdaşlıq münasibətlərindən gedir", - o qeyd edib.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramının - çərçivə sənədinin imzalanması ilə qoyulub.

1996-cı ilin aprelində "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd imzalanıb. Adıçəkilən sənəd qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edib. Hazırda bu proqrama uyğun olaraq, Azərbaycan üzərinə düşən 50-yə yaxın tərəfdaş vəzifəni yerinə yetirir.

2005-ci ilin avqustunda Prezident İlham Əliyev "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlığı üzrə Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti