...

Azərbaycanın Kanadadakı səfiri Monreal şəhərinin meri ilə görüşüb (FOTO)

Siyasət Materials 2 Dekabr 2010 00:50 (UTC +04:00)
Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev Kanadanın Monreal şəhərinin meri Gerald Tremblay ilə görüş keçirmişdir. Bu barədə səfirliyinin məlumatında bildirilir.
Azərbaycanın Kanadadakı səfiri Monreal şəhərinin meri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev Kanadanın Monreal şəhərinin meri Gerald Tremblay ilə görüş keçirmişdir. Bu barədə səfirliyinin məlumatında bildirilir.

Görüş zamanı Azərbaycan ilə Monreal şəhəri arasında iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Səfir ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd etmişdir. Həmçinin, Şəfiyev münasibətlərin daha da dərinləşdirilməsi üçün bir sıra layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır.

Əlaqələrin genişləndirilməsinin tərəfdarı olduğunu qeyd edən Tremblay gələcəkdə ölkəmizə səfər etmək niyyətində olduğunu bildirmişdir.

Xəbər lenti

Xəbər lenti