...

Hər hansı yazı Azərbaycan və Türkiyə arasındakı qardaş münasibətlərə təsir göstərə bilməz - səfir Hulusi Kılıç (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Dekabr 2010 14:58 (UTC +04:00)

RED. əlav.: Səfirin jurnalistlərə açıqlaması əlavə olunub.

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir T.Hacıyev/

Türkiyənin Azərbaycandakı səfiri bildirib ki, hər hansı yazı iki ölkə arasındakı qardaş münasibətlərə təsir göstərə bilməz.

"Turqut Əri tanımıram, yazdıqlarını da oxumuram. Türkiyə 75 milyonluq ölkədir. Orada bir nəfərin hər hansı fikrinə əhəmiyyət vermirik", - cümə axşamı Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

Azərbaycanda çalışmış türkiyəli diplomat Turqut Ərin müəllifi olduğu "Azadlıqdan tiranlığa" adlı kitabdakı əsassız fikirlər "Azadlıq" qəzetində çap olunub.

Səfir jurnalistlərə açıqlamasında bildirib ki, ulu öndər Heydər Əliyev dünyanın qəbul etdiyi liderdir, böyük dahidir.

Hulusi Kılıçın sözlərinə görə, ulu öndərlər haqqında yanlış məlumatı yazmaqla Turqut Ər özünü çıxılmaz vəziyyətə salıb.

"Türkiyədə ifadə azadlığı var. Türk xalqı aydın millətdir - hər kəs hər şeyin fərqindədir", - səfir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti