...

Türkiyə ictimaiyyəti Azərbaycanla viza rejiminin qalmasından narahatdır – səfir

Siyasət Materials 2 Dekabr 2010 15:10 (UTC +04:00)
Türkiyə ictimaiyyəti Azərbaycanla viza rejiminin qalmasından narahatdır. Bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib.
Türkiyə ictimaiyyəti Azərbaycanla viza rejiminin qalmasından narahatdır – səfir

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir M.Əliyev/

Türkiyə ictimaiyyəti Azərbaycanla viza rejiminin qalmasından narahatdır. Bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib.

"Mən Türkiyə vətəndaşlarından iki qardaş ölkə arasında hələ də viza rejiminin qalmasını izah etməyi xahiş edən çoxlu məktub alıram. Mən hətta bunu təklif edirəm ki, iki ölkənin vətəndaşları Azərbaycan və Türkiyəyə Şimali Kipr Türk Cümhuriyyəti kimi, şəxsiyyət vəsiqəsi ilə səfər etsinlər", - Kılıç bildirib.

Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan və Türkiyə arasında viza rejiminin ləğvi ilə bağlı iş davam edir. Onun sözlərinə görə, bəzi bürokratik problemlər mövcuddur, onların aradan qaldırılmasından sonra müvafiq saziş imzalanacaq. Nazir bunun cari ildə baş verəcəyini istisna etməyib.

Xəbər lenti

Xəbər lenti