...

Azərbaycanın hakim partiyasının Almaniyanın Xristian Demokratlar İttifaqı ilə əməkdaşlığı müzakirə olunub

Siyasət Materials 3 Dekabr 2010 17:47 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə Almaniyanın Xristian Demokratlar İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycanın hakim partiyasının Almaniyanın Xristian Demokratlar İttifaqı ilə əməkdaşlığı müzakirə olunub

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə Almaniyanın Xristian Demokratlar İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Partiyanın rəsmi internet səhifəsinin cümə günü yaydığı məlumata görə, YAP icra katibi Əli Əhmədovun "Konrad Adenauer" Fondunun Amerika-Avropa şöbəsinin rəhbəri Yens Paulus ilə keçirdiyi görüş zamanı YAP ilə "Konrad Adenauer" Fondu arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, sözügedən fond tərəfindən həyata keçirilən layihələrdə YAP nümayəndə heyətinin iştirakı, YAP-ın beynəlxalq əlaqələrinin, xüsusilə də Avropa Xalq Partiyası, Almaniyanın hakim Xristian Demokratlar İttifaqı ilə münasibətlərinin gücləndirilməsi haqqında geniş fikir mübadiləsi aparılıb.

Yeni Azərbaycan Partiyası və Almaniyanın hakim Xristian Demokratlar İttifaqı gənclərinin arasında təcrübə mübadiləsi də görüşün müzakirə mövzusu olub. YAP icra katibinin müavini Mübariz Qurbanlı və "Konrad Adenauer" Fondunun Cənubi Qafqazda Siyasi dialoq üzrə regional proqramının rəhbəri Katje Plate da görüşdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti