...

Heydər Əliyev Türk dünyasına böyük töhfə vermiş şəxsiyyətdir - Rauf Denktaş (FOTO)

Siyasət Materials 6 Dekabr 2010 18:02 (UTC +04:00)
Heydər Əliyev Türk dünyasına, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına böyük töhfə vermiş şəxsiyyətdir.
Heydər Əliyev Türk dünyasına böyük töhfə vermiş şəxsiyyətdir - Rauf Denktaş (FOTO)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir M.Əliyev/

Heydər Əliyev Türk dünyasına, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına böyük töhfə vermiş şəxsiyyətdir. "XXI əsrdə Türk dünyası" beynəlxalq simpoziumunda iştirak edən millət vəkili Qənirə Paşayeva, Azərbaycan Vətən Müharibəsı Veteranları Birliyinin sədr müavini Mübariz Quliyev və Dünya Gənc Türk Yazarları Birliyinin sədri Əkbər Qoşalı ilə görüşündə sabiq diplomat Turqut Ərin kitabına münasibət bildirən Şimali Kipr türklərinin lideri, Şimali Kipr Türk Respublikasının qurucu prezidenti Rauf Denktaş belə deyib.

"Bu cür fikirlər millətin deyil, yazıçının fikirləridir. Heydər Əliyev dünyanı, beynəlxalq münasibətləri bilən, ölkəsini inkişaf etdirən böyük bir dövlət adamı idi. Onun haqqında yanlış fikirlərin yazılmasını doğru hesab etmirəm", - Denktaş bildirib.

Azərbaycanda fəaliyyət göstərmiş Türkiyə diplomatı Turqut Ərin "Azadlıqdan tiranlığa" kitabından bəzi hissələr "Azadlıq" qəzetində çap olunub.

Ümummilli lider Heydər Əliyevin Türk dünyasının birliyi yönündə fikir və düşüncələri, fəaliyyəti barədə danışan Rauf Denktaş deyib ki, o, böyük dövlət adamı idi, Türk dünyasının birliyi üçün çox işlər gördü və indi də övladı, Prezident İlham Əliyev onun yolunu uğurla davam etdirir.

Xəbər lenti

Xəbər lenti