Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Azərbaycanın təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Təhsil sahəsində xidmətlərinə görə Şuşa şəhəri 1 nömrəli orta məktəbin müəllimləri - Əbdüləzimova Gülşən Qafar qızı və Kərimova Bahar Hüseyn qızı "Tərəqqi" medalı ilə təltif ediliblər.
Prezidentin digər sərəncamı ilə təhsil sahəsində xidmətlərinə görə Şuşa şəhəri 1 nömrəli orta məktəbin müəllimi Sevil Həsən qızı Babayevaya "Əməkdar Müəllim" fəxri adı verilib.