...

Azərbaycanın hakim partiyası ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı keçirəcəyi tədbirlər planını təsdiqləyib

Siyasət Materials 7 Dekabr 2010 11:49 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının keçirəcəyi tədbirlər planı təsdiqlənib.
Azərbaycanın hakim partiyası ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı keçirəcəyi tədbirlər planını təsdiqləyib

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir T.Hacıyev/

Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) keçirəcəyi tədbirlər planı təsdiqlənib.

"Bu il YAP-ın rayon və şəhər təşkilatları Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı müxtəlif tədbirlər keçirəcəklər. Həmçinin Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə böyük bir tədbirin keçirilməsi planlaşdırılır", - hakim partiyanın rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı məlumat verib.

Ümummilli lider Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Qurbanlı deyib ki, Heydər Əliyevin yaratdığı, qurucusu olduğu Yeni Azərbaycan Partiyası ulu öndərin zəngin irsinin təbliği, təşviqi ilə bərabər, onun xatirəsinin əziz tutulması, hər zaman anılması üçün də müxtəlif xarakterli tədbirlər həyata keçirir.

Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi xalqımızın yaddaşına əbədi həkk olunub.

"Dünya miqyasında müstəqil Azərbaycandan danışanda həmişə onun qurucusu Heydər Əliyevin adı da çəkilir, uca tutulur. Ulu öndər Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Heydər Əliyev Azərbaycan xalqının tarixində böyük rol oynayıb. Ümummilli liderimizin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəmizi fəlakətdən xilas edib və bununla da Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması həyata keçirilib", - Qurbanlı əlavə edib.

Xəbər lenti

Xəbər lenti