Azərbaycan Prezidenti İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Reyə təbrik məktubu göndərib, məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Hörmətli Prezident, İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan-İsveçrə münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, dostluq əlaqələrimiz, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq, bundan sonra da inkişaf edəcək və genişlənəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram", - Prezidentin təbrikində deyilib.