...

Azərbaycanın hakim partiyası ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Siyasət Materials 10 Dekabr 2010 15:31 (UTC +04:00)

RED. əlav.: şəkillər əlavə olunub

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir T.Hacıyev/

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar onun Fəxri Xiyabandakı məzarını ziyarət edib.

Ziyarətçilər arasında YAP-ın sədr müavini Əli Əhmədov, partiyanın icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov, Bahar Muradova, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və digər partiya fəalları olub.

Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini hər zaman əziz tutacaq.

Ümummilli lider Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Xəbər lenti

Xəbər lenti