...

Moskvada baş vermiş iğtişaşlarda xəsarət alan azərbaycanlılar barədə məlumat hələ təsdiq olunmayıb – səfirlik

Siyasət Materials 14 Dekabr 2010 13:15 (UTC +04:00)
Moskvanın Manej meydanında baş vermiş iğtişaşlar zamanı xəsarət alanlar arasında azərbaycanlıların olması barədə məlumat hələ təsdiq olunmayıb.
Moskvada baş vermiş iğtişaşlarda xəsarət alan azərbaycanlılar barədə məlumat hələ təsdiq olunmayıb – səfirlik

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir S.Ağayeva/

Moskvanın Manej meydanında baş vermiş iğtişaşlar zamanı xəsarət alanlar arasında azərbaycanlıların olması barədə məlumat hələ təsdiq olunmayıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Azərbaycan DİN-in Moskvadakı nümayəndələri ilə birgə yerli hakimiyyət orqanlarının nümayəndələri ilə daimi əlaqə saxlayırlar və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmamasını öyrənirlər. Bu barədə çərşənbə axşamı Trend-ə diplomatik nümayəndəlikdən bildiriblər.

Bundan əvvəl, "İnterfaks", hüquq mühafizə orqanları mənbələrinə istinadən iğtişaşlar zamanı əlindən və sinəsindən xəsarət alan 27 yaşlı azərbaycanlı haqqında məlumat verib.

Qafqazlılarla vuruşmada "Spartak" azarkeşinin ölümünə həsr olunmuş "Etnocinayətkarlığ"a qarşı mitinq ötən şənbə Manej meydanında polis və OMON arasında qarşıdurmaya səbəb olub. Mitinqdə futbol azarkeşləri və milliyətçi qruplaşmların fəalları iştirak ediblər. Mitinq zamanı və ondan sonra qarşıdurmanın təcavüzkar əhval-ruhiyyəli iştirakçıları bir neçə rusa oxşamayan şəxsi döyüblər. İlkin məlumatlara görə, toqquşma zamanı 10 nəfər xəsarət alıb, 65 azarkeş saxlanılıb, Rusiya KİV-i xəbər verir.

Hazırda şəhərdə vəziyyət sabitləşdirilib, yerli hakimiyyət vəziyyəti nəzarət altında saxlayır. Bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.

Xəbər lenti

Xəbər lenti