...

Türkdilli ölkələr arasında ortaq dil və əlifbanın yaradılmasına nail olunmalıdır - Xəlil Akınçı (FOTO)

Siyasət Materials 17 Dekabr 2010 15:05 (UTC +04:00)
Türkdilli ölkələr arasında ortaq dil və əlifbanın yaradılmasına nail olmaqdır
Türkdilli ölkələr arasında ortaq dil və əlifbanın yaradılmasına nail olunmalıdır - Xəlil Akınçı (FOTO)

Azərbaycan, Bakı, 17 dekabr /Trend/ Əsas məqsədlərimizdən biri türkdilli ölkələr arasında ortaq dil və əlifbanın yaradılmasına nail olmaqdır, Trend-in məlumatına görə, bu sözləri cümə günü Türk Ölkələri Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı Azərbaycan Dillər Universitetində tələbələrlə görüşü zamanı deyib.

"Qazaxıstanda Türk Akademiyası fəaliyyət göstərir.  Akademiyada  türk xalqlarının dili və mədəniyyətinin araşdırılması istiqamətində işlər aparılır. Bizim əsas məqsədlərimizdən biri türk xalqları arasında ortaq dil və əlifbanın yaradılmasına nail olmaqdır" Akınçı bildirib.

Dekabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Türk Ölkələri Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı ilə  universitetin tələbə-müəllim heyəti arasında görüş keçiriliib.

Azərbaycan-Türkiyə əlaqələrinə toxunan baş katib 1992-ci ildən Bakıda Türkiyə diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyini vurğuladı.  Türkdilli ölkələr arasında əlaqələrdən danışan Xəlil Akınçı ilk zirvə görüşünün  1992-ci ildə Ankarada keçirildiyini dedi.  

Türk Ölkələri Əməkdaşlıq Şurasının  yaradılması  haqqında razılıq 2009-cu ildə Naxçıvanda keçirilən  IX zirvə toplantısında əldə edilib. 2010-cu ilin sentyabr ayında  İstanbulda keçirilən X zirvə toplantısında isə qurumun fəaliyyətə başlaması haqqında  qərar qəbul edilib. 

Sentyabrın 16-da quruma baş katib təyin olunub.  Türk Ölkələri Əməkdaşlıq Şurası  türkdilli ölkələr arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində fəaliyyətini qurur. Qurumun yaradılması geniş coğrafi ərazini əhatə edən Türk dünyasının qarşılaşdığı problemlərin həllində də vacib rol oynaya bilər.   

Xəbər lenti

Xəbər lenti