...

Azərbaycanın xarici işlər naziri İƏT XİN Şurasının iclasında iştirak edəcək

Siyasət Materials 20 Dekabr 2010 19:25 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) dekabrın 20-23-də İstanbulda keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.
Azərbaycanın xarici işlər naziri İƏT XİN Şurasının iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) dekabrın 20-23-də İstanbulda keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.

Bu günlərdə İƏT-in dövlət və hökumət başçılarının 11-ci görüşü də keçiriləcək. İƏT-in bundan əvvəlki sammiti 2009-cu ilin martında Tehranda keçirilmişdi.

Təşkilat 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Hazırda təşkilata Azərbaycan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir

Xəbər lenti

Xəbər lenti