Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lukaşenkonu Belarus Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Hörmətli Aleksandr Qriqoryeviç, Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan ilə Belarusu əsrlər boyu sıx dostluq və əməkdaşlıq telləri bağlayır. Əminəm ki, dövlətlərarası münasibətlərimiz bu xoş ənənələrə əsaslanaraq xalqlarımızın rifahı naminə, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək. Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram", - təbrik məktubunda deyilib.
Azərbaycan Prezidenti Aleksandr Lukaşenkonu Belarus Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lukaşenkonu Belarus Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.