...

ABŞ Prezident Barak Obama Metyu Brayzanı Azərbaycana səfir təyin etdi

Siyasət Materials 30 Dekabr 2010 06:29 (UTC +04:00)
Prezident Barak Obama Metyu Brayzanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edib. Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibliyi bildirib.
ABŞ Prezident Barak Obama Metyu Brayzanı Azərbaycana səfir təyin etdi

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Prezident Barak Obama Metyu Brayzanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edib. Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibliyi bildirib.

Obama  Brayzanı bu vəzifəyə "Tətil Təyinatı" səlahiyyətindən istifadə edərək təyin edib.

Senatın tətildə olduğu vaxtlarda Prezidentin istifadə edə bildiyi "Tətil Təyinatı" Amerikada prezidentlərin vaxtaşırı istifadə etdikləri yoldur.

Konqresin hər hansı bir şəxsin namizədliyinə 147 gün ərzində baxmazsa, prezident Konqresin razılığı olmadan boş qalan vəzifəyə namizəd təyin edə bilər.

Prezidentlərin "Tətil Təyinatlar"ına qarşı  müəyyən məhdudiyyətlər mövcudur. Bu təyinatlar Konqresin işinə başlamasından sonra müəyyən müddət ərzində təstiq oluna bilər. Bu, baş vermədiyi təqdirdə, təyin olunan şəxs ancaq müəyyən müddət həmin vəzifədə qala bilər.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi sentyabrın 22-də  Brayzanın Azərbaycana səfir təyin edilməsini təsdiq edib. Əvvəllər Brayza ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini olub.

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Brayzanın namizədliyi rəsmən ABŞ prezidenti Barak Obama tərəfindən təklif edilib.

Azərbaycanda Amerika diplomatik missiyasının başçısı vəzifəsi  ötən ilin iyul ayında, ABŞ-in keçmiş səfiri Ann Dersinin səlahiyyət müddəti bitəndən sonra boş qalıb.

Metyu Brayza 2005-ci ildə Avropa və Avrasiya məsələləri üzrə dövlət katibi köməkçisinin müavini təyin olunub. Bu vəzifədə Brayza Cənubi Qafqaz və Cənubi Avropa ilə əlaqələrə cavabdeh idi. O, ABŞ-ın Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli səylərinə və Qara dəniz və Xəzər dənizi regionlarında ABŞ-ın enerji siyasətinə rəhbərlik edib.

O, 2006-2009 illərdə Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi xidmət edib.

Xəbər lenti

Xəbər lenti