...

İranda qəzaya uğrayan təyyarənin həlak olan və yaralanan sərnişinləri arasında Azərbaycan vətəndaşları yoxdur – səfirlik (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 Yanvar 2011 12:50 (UTC +04:00)
Bazar günü İranda qəzaya uğrayan təyyarənin həlak olan və yaralanan sərnişinləri arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib.
İranda qəzaya uğrayan təyyarənin həlak olan və yaralanan sərnişinləri arasında Azərbaycan vətəndaşları yoxdur – səfirlik (ƏLAVƏ OLUNUB)

Səfirliyin yeni məlumatı əlavə olunub.

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir S.Ağayeva/

Bazar günü İranda qəzaya uğrayan təyyarənin həlak olan və yaralanan sərnişinləri arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib.

Bir az əvvəl diplomatik nümayəndəlik İranın müvafiq dövlət strukturuna qəzaya uğramış təyyarənin sərnişinləri arasında Azərbaycan vətəndaşların olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə sorğu göndərib.

Sərnişinlər arasından Azərbaycan vətəndaşlarının olması ehtimalı azdır, çünki qəzaya uğrayan təyyarə daxili reyslə uçub, bundan əvvəl səfirlikdən qeyd ediblər.

"İran Air" şirkətinin Boing-727 təyyarəsi Tehrandan Urmiya şəhərinə uçarkən naməlum səbəblərdən məcburi eniş edib və qəzaya uğrayıb. 12 ekipaj üzvü də daxil olmaqla 77 nəfər həlak olub, 26 nəfər yaralanıb. Bu barədə FARS agentliyi məlumat verib. Sərnişin təyyarəsinin "qara qutu"larından biri tapılıb, MEHR agentliyi bildirir.

Aviaqəzanın dəqiq səbəbləri hələ tam məlum deyil. Bazar günü axşam hadisə yerinə gələn İranın nəqliyyat və yollar naziri Həmid Bəhbəhani deyib ki, "qara qutu"lar daha ətraflı məlumat verilənədək öyrənilməlidir. O, həmçini əlavə edib ki, aviaqəzada zərər çəkmiş adamlar dindiriləcəklər. Bu barədə İranın Press TV telekanalının saytı məlumat verib.

Xəbər lenti

Xəbər lenti