...

Rusiya Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi prosesini tezləşdirmək niyyətindədir - XİN

Siyasət Materials 13 Yanvar 2011 15:13 (UTC +04:00)
Rusiya Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi prosesini tezləşdirmək niyyətindədir. Bu barədə RF-nin xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında deyib, "Rusiya 24" telekanalı xəbər verir.
Rusiya Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi prosesini tezləşdirmək niyyətindədir - XİN

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir S.Ağayeva/

Rusiya Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi prosesini tezləşdirmək niyyətindədir. Bu barədə RF-nin xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında deyib, "Rusiya 24" telekanalı xəbər verir.

"Prezidentlərimizin Xəzəryanı dövlətlərin Bakı sammiti zamanı verdikləri konkret tapşırıqlar əsasında Xəzər məsələsinin nizama salınmasını tezləşdirmək üzrə əməkdaşlıq edəcəyik", - Lavrov deyib.

Xəzəryanı dövlətlərin Bakı sammiti noyabrın 18-də Azərbaycanın paytaxtında keçirilib.

2003-cü ilin noyabrında sahilyanı dövlətlər Xəzər dənizinin dəniz mühitinin qorunması üzrə Çərçivə sazişi imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstan və Rusiya arasında yeraltı istifadəyə suveren hüquqların həyata keçirilməsi məqsədilə Xəzər dənizinin şimal hissəsi dibinin ayrılması barədə saziş, 2002-ci ilin mayında isə mövcud Sazişə dair protokol imzalanıb.

2001-ci il noyabrın 29-u və 2003-cü il fevralın 27-si Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizi dibinin ayrılması barədə saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizi dibinin qonşu sahələrinin ayrılma xətlərinin qovuşma nöqtəsi haqqında saziş imzalanıb.

Rusiyanın xarici işlər naziri ümumilikdə, 2010-cu ili Azərbaycan-Rusiya münasibətləri üçün uğurlu hesab edib.

"2010-cu il Rusiya-Azərbaycan münasibətlərində tərəqqi üçün tamamilə əhəmiyyətli olub. Hər şeydən əvvəl, bu, dövlət sərhədlərinin bölüşdürülməsi haqqında sazişə aiddir. Sərhəd məsələsi asan olmasa da, Azərbaycanla sərhəd olan Rusiya regionları da daxil olmaqla hər iki tərəfin razılığı ilə həll olunub. Ümid edirəm ki, 2011-ci ildə bu saziş Rusiya və Azərbaycan prezidentləri arasında danışıqlar zamanı əldə olunan ikitərəfli münasibətlərin dərinləşməsi üzrə gerçəkləşən bütün razılaşmalar kimi həyata keçiriləcək", - rusiyalı nazir deyib.

Xəbər lenti

Xəbər lenti