...

2010-cu ildə Azərbaycanda müdafiə sənayesi sahəsində istehsal olunan məmulatların çeşid sayı 17 faiz artıb - nazir

Siyasət Materials 31 Yanvar 2011 16:57 (UTC +04:00)
2010-cu ildə Azərbaycanda müdafiə sənayesi sahəsində istehsal olunan məmulatların çeşid sayı əvvəlki ilə nisbətən 17 faiz artıb.
2010-cu ildə Azərbaycanda müdafiə sənayesi sahəsində istehsal olunan məmulatların çeşid sayı 17 faiz artıb - nazir

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir T.Hacıyev/

2010-cu ildə Azərbaycanda müdafiə sənayesi sahəsində istehsal olunan məmulatların çeşid sayı əvvəlki ilə nisbətən 17 faiz artıb. Trend-in Müdafiə Sənayesi Nazirliyinə (MSN) istinadən verdiyi məlumata görə, bu barədə MSN-də 2010-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında nazir Yavər Camalov bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə nazirliyin müəssisələrində 7 yeni istehsal sahəsi yaradılıb və istismara verilib.

"Silahlı Qüvvələri müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün yaradılan bu istehsal sahələri artıq tam gücü ilə fəaliyyət göstərir. 2009-cu illə müqayisədə ötən il nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların istehsal həcmi 2,4 dəfə, mülki məhsulların həcmi isə 7,3 faiz artıb", - Camalov bildirib.

Xəbər lenti

Xəbər lenti