...

Ankaradakı İran səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək

Siyasət Materials 3 Fevral 2011 14:25 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada İran səfirliyi qarşısında azərbaycanlıların və türklərin birgə etiraz aksiyası keçiriləcək.
Ankaradakı İran səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir T.Hacıyev/

Türkiyənin paytaxtı Ankarada İran səfirliyi qarşısında azərbaycanlıların və türklərin birgə etiraz aksiyası keçiriləcək. Bu barədə Trend-ə Türkiyənın Azərbaycanla Dayanışma Qrupundan verilən məlumatda deyilir. Cümə günü keçirilməsi nəzərdə tutulan aksiyanın əsas məqsədi son günlərdə İranın orta məktəblərdə hicab problemini bəhanə gətirərək Azərbaycanın daxili işlərinə qarışmasına etiraz etməkdir.

Bununla yanaşı, İranın Azərbaycanın ərazilərini işğal edən Ermənistana dəstəyinin davam etdirilməsi və azəri türklərinə qarşı tətbiq etdiyi antidemokratik münasibətin dayandırılması tələb ediləcək. Etiraz aksiyası Türkiyə vaxtı ilə saat 10:45-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti