...

Tbilisidə Rusiyanın Qafqaza təsiri müzakirə olunacaq

Siyasət Materials 10 Fevral 2011 16:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 fevral /Trend, müxbir N.Kirsxaliya/

Fevralın 11-də Tbilisidə "Rusiya bu gün və onun moderləşdirmə planları - regiona təsir" mövzusunda konfrans keçiriləcək. Trend-in məlumatına görə, konfransda iştirak üçün Rusiya ekspertlərindən ibarət nümayəndə heyəti Gürcüstana gəlib.

Konfrans iştirakçıları Rusiyada baş verən proseslərlə, onun Gürcüstana və Qafqaz regionuna təsiri ilə bağlı məruzələri dinləyəcəklər. Gürcüstan və xarici ekspertlər təqdim olunan məruzələri müzakirə edəcəklər və öz fikirlərini söyləyəcəklər.

Konfransda gürcü ekspertləri ilə yanaşı, Rusiya, Almaniya, ABŞ, Azərbaycan, Ermənistan, Estoniya və Türkiyədən olan ekspertlər də iştirak edəcəklər. Ekspertlər arasında prezident Klintonun dövründə Milli Təhlükəsizlik Şurasının Rusiya üzrə direktoru Tobi Qati, Moskvanın "Karnegi" Mərkəzinin aparıcı ekspertləri Nikolay Petrov və Andrey Ryabov, Rusiya Prezidenti yanında İctimai Şuranın üzvü, politoloq Dmitri Oreşkin var.

Konfransın təşəbbüskarı Gürcüstan Rusiya Araşdırmaları İnstitutu və Strateji Araşdırmalar Mərkəzidir. Konfransı Fridrix Ebert Fondu dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti