...

Səfurə Əlizadəyə YAP-ın vəsiqəsi təqdim edilib

Siyasət Materials 10 Fevral 2011 15:41 (UTC +04:00)
"Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş ifaçı Səfurə Əlizadəyə cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlük vəsiqəsi təqdim edilib.
Səfurə Əlizadəyə YAP-ın vəsiqəsi təqdim edilib

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir T.Hacıyev/

"Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş ifaçı Səfurə Əlizadəyə cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlük vəsiqəsi təqdim edilib.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən tədbirdə partiyanın sədr müavini, icra katibi Əli Əhmədov deyib ki, Əlizadənin quruma üzv olmaq üçün ərizəsi müsbət cavablandırılıb və o, partiya sıralarına qəbul olunub.

Təqdimat mərasimində Əlizadəyə həmçinin Heydər Əliyev haqqında multimedia diski verilib.

Əlizadə YAP-a üzv qəbul olunduğuna görə partiya rəhbərliyinə təşəkkür edib.

Xəbər lenti

Xəbər lenti