...

Türkiyə Silahlı Qüvvələri rəhbərinin Azərbaycana səfərinin tarixi müəyyənləşib

Siyasət Materials 14 Fevral 2011 11:53 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin rəhbəri, general İşıq Koşaner fevralın 16-da Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə hərbi mənbədən məlumat verilib.
Türkiyə Silahlı Qüvvələri rəhbərinin Azərbaycana səfərinin tarixi müəyyənləşib

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir A.Axundov/

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general İşıq Koşaner fevralın 16-da Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə hərbi mənbədən məlumat verilib.

Koşaner səfər çərçivəsində Müdafiə Nazirliyində və digər qurumlarda görüşlər keçirəcək. Səfər zamanı Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın vəziyyəti və gələcək prespektivləri müzakirə olunacaq.

Azərbaycanla Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq barədə saziş mövcuddur.

Xəbər lenti

Xəbər lenti