...

Azərbaycan Prezidenti yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb

Siyasət Materials 14 Fevral 2011 20:05 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Fərmanda qeyd olunur ki, "Yol hərəkəti haqqında" qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi Azərbaycan Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunsun.

Nazirlər Kabinetinə bir ay müddətində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələrin yalnız bank və ya plastik kart vasitəsilə ödənilməsini təmin etmək üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; inzibati xəta törətmiş şəxsin sürücülük vəsiqəsinin götürülməsi ilə əlaqədar "Yol hərəkəti haqqında" qanunun müddəalarının İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəalarına uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında" qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası"nı bu fərmana uyğunlaşdırmaq, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Daxili İşlər Nazirliyinə yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xəta törətmiş şəxslərdən sürücülük vəsiqələrinin yalnız İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda götürülməsini təmin etmək; yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində xidmət edən əməkdaşlar tərəfindən qulluq vəzifələrinin icrası və inzibati xətalara baxılması zamanı qanunvericiliyin tələblərinə ciddi riayət olunmasına nəzarəti gücləndirmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti