...

Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib

Siyasət Materials 3 Mart 2011 12:26 (UTC +04:00)
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev cümə axşamı ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.
Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev cümə axşamı ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə regionda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkələrarası hərbi əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti