...

Azərbaycan səfiri Özbəkistandakı soydaşlarımızla görüşüb

Siyasət Materials 4 Mart 2011 15:32 (UTC +04:00)
Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb.
Azərbaycan səfiri Özbəkistandakı soydaşlarımızla görüşüb

Azərbaycan, Bakı, 4 mart /Trend/

Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb. Məlumatı СA-NEWS yayıb.

Görüş zamanı səfir xaricdə yaşayan azərbaycanlıların həmrəyliyinin vacib olduğunu qeyd edib.

Abbasov Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin liderləri ilə görüşüb və onlarla təşkilatın fəaliyyətinə kömək göstərilməsi və işinin yaxşılaşdırılması məsələlərini müzakirə edib.

Səfir diasporun dünya ictimaiyyətinə Azərbaycan haqqında həqiqətlərin çatdırılmasında rolunu qeyd edib.

Abbasov Dağlıq Qarabağ probleminin dinc yolla həlli barədə Azərbaycanın təşəbbüsünə, habelə bu istiqamətdə sülh danışıqlarına mane olan ikili standartlara da toxunub.

Xəbər lenti

Xəbər lenti