...

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun yeni həmsədri fəaliyyətə başlamışdır

Siyasət Materials 5 Mart 2011 08:47 (UTC +04:00)
Demokratlar Partiyasının üzvü, Konqresmen Dənyel Boren (Daniel Boren) ABŞ Konqresinin Nümayəndələr Palatasında fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupunun həmsədri qismində vəzifəsinin icrasına başlamışdır.
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun
yeni həmsədri fəaliyyətə başlamışdır

Demokratlar Partiyasının üzvü, Konqresmen Dənyel Boren (Daniel Boren) ABŞ Konqresinin Nümayəndələr Palatasında fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupunun həmsədri qismində vəzifəsinin icrasına başlamışdır.

AR-in ABŞ-dakı Səfirliyinin Trend-ə verdiyi məlumata görə, Qrupun Demokratlar Partiyasından olan öncəki həmsədri Solomon Ortisin Konqresdə üzvlüyü 2010-cu ildə başa çatmışdır.

1973-cü ildə anadan olmuş, Texas və Oklahoma universitetlərindən məzun olmuş və 2005-ci ildən ABŞ Konqresində Oklahoma ştatını təmsil edən D.Boren Nümayəndələr Palatasının Təbii Ehtiyatlar üzrə Daimi Komitəsinin və Kəşfiyyat üzrə Xüsusi Komitəsinin üzvüdür.

Konqresmenin siyasi karyerası ailə ənənəsinin davamıdır. O, vaxtilə Oklahoma ştatının qubernatoru və ABŞ Senatoru olmuş, hazırda Oklahoma Universitetinin rektoru və ABŞ Prezidentinin Kəşfiyyat üzrə Məşvərət Şurasının həmsədri Deyvid Borenin oğlu, sabiq Konqresmen Layl Borenin nəvəsidir.

ABŞ Konqresinin Nümayəndələr Palatasında 2004-cü ildə yaradılmış Azərbaycan üzrə İşçi Qrupuna hazırda 38 konqresmen daxildir. Onlardan 23-ü Demokratlar, 15-i isə Respublikaçılar partiyalarını təmsil edirlər.

Xəbər lenti

Xəbər lenti