...

İlham Əliyev Qvatemalanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 10 Mart 2011 17:07 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arturo Duarte Ortizin etimadnaməsini qəbul edib
İlham Əliyev Qvatemalanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arturo Duarte Ortizin etimadnaməsini qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.

Səfir Arturo Duarte Ortiz etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Qvatemala arasında BMT çərçivəsində məhsuldar əməkdaşlığın olduğunu vurğuladı. Siyasi sahədə münasibətlərimizin səviyyəsindən razılığını bildirən Azərbaycan Prezidenti ölkələrimiz arasında müxtəlif istiqamətlərdə yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin, qarşılıqlı ticarət əlaqələrinin qurulması üçün imkanların araşdırılmasının zəruriliyini vurğuladı. Prezident İlham Əliyev əməkdaşlığımızın inkişaf etdirilməsi üçün xalqlarımızın arasında münasibətlərin möhkəmləndirilməsinin vacibliyini bildirdi.

Səfir Arturo Duarte Ortiz Qvatemala Respublikasının Prezidenti Alvaro Kolom Kabayerosun salamlarını dövlətimizin başçısına çatdırdı. Qvatemalanın Azərbaycan ilə siyasi münasibətlərinin razılıq doğurduğunu deyən səfir ölkələrimiz arasında digər sahələrdə də yaxşı əlaqələr qurmaq üçün əməkdaşlıq imkanlarının araşdırılmasının zəruriliyini qeyd etdi.
Prezident İlham Əliyev Qvatemala Prezidenti Alvaro Kolom Kabayerosun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qvatemala dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti