...

Azərbaycan və Rusiya "beyin mərkəzləri" arasında əməkdaşlıq memorandumu imzalanacaq

Siyasət Materials 11 Mart 2011 12:19 (UTC +04:00)
Moskvada martın 14-də Rusiya Strateji Araşdırmalar İnstitutu (RSAİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında əməkdaşlığa dair memorandum imzalanacaq.
Azərbaycan və Rusiya "beyin mərkəzləri" arasında əməkdaşlıq memorandumu imzalanacaq

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir M.Əliyev/

Moskvada martın 14-də Rusiya Strateji Araşdırmalar İnstitutu (RSAİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında əməkdaşlığa dair memorandum imzalanacaq. Bu barədə cümə günü Trend-ə SAM-ın mətbuat xidmətindən məlumat verilib.

Memorandumun imzalanmasında əsas məqsəd Rusiya-Azərbaycan münasibətləri, beynəlxalq siyasət, regionda geosiyasi vəziyyətə dair iki ölkənin "beyin mərkəzləri"nin ekspertlərinin azad fikir mübadiləsi aparması üçün şəraitin yaradılmasıdır.

Bu məqsədlə SAM-ın direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti martın 13-də Moskvaya yola düşəcək. Martın 14-də Azərbaycan və Rusiyanın "beyin mərkəzləri" arasında imzalanacaq memorandumdan sonra RSAİ-də "Qafqazda təhlükəsizliyin təminatında Rusiya və Azərbaycanın rolu" mövzusunda "dəyirmi masa" keçiriləcək. Rusiyanın tanınmış siyasi ekspertləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi toplantıda iki ölkə arasında mövcüd siyasi, iqtisadi və mədəni əlaqələrə nəzər yetiriləcək və münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.

Martın 15-də isə SAM-ın nümayəndə heyəti Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təşkil olunacaq "Cənubi Qafqaz kontekstində Rusiya-Azərbaycan münasibətləri" mövzusunda təşkil olunacaq növbəti tədbirdə iştirak edəcəklər.

Nəzərdə tutulmuş səfər çərçivəsində SAM-ın nümayəndə heyəti tanınmış rusiyalı ekspertlərlə görüş keçirəcək və bir sıra regional əhəmiyyətli strateji layihələr ətrafında geniş müzakirələr aparacaqlar.

Xəbər lenti

Xəbər lenti