...

Azərbaycanın müxalifət partiyası hərbi qulluqçuların dəfn mərasimi haqqında qanun hazırlayır

Siyasət Materials 30 Mart 2011 12:38 (UTC +04:00)
Müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) yeni qanun layihəsi hazırlayır.
Azərbaycanın müxalifət partiyası hərbi qulluqçuların dəfn mərasimi haqqında qanun hazırlayır

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir T.Hacıyev/

Müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) yeni qanun layihəsi hazırlayır.

Partiyanın mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirilib ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın icra strukturlarına hərbi qulluqçuların dəfn mərasimi haqqında qanun layihəsi hazırlamaq barədə göstəriş verib. Bu məqsədlə partiya sədrinin müavini Elçin Mirzəbəyli, idarə heyətinin katibi Yeganə Dilbazi və hüquq şöbəsinin müdiri Rasim Almuradovun iştirakıyla işçi qrup yaradılıb.

Artıq qanun layihəsi üzərində işə başlanıb. İşçi qrup beynəlxalq təcrübədən yararlanaraq, qısa müddət ərzində qanun layihəsini hazırlayıb, BAXCP idarə heyətinin müzakirəsinə təqdim edəcək. İdarə heyətinin müvafiq qərarından sonra isə sənəd Azərbaycan Respublikasının Milli Məclisinə və kütləvi informasiya vasitələrinə təqdim olunacaq.

Qanun layihəsinin hazırlanmasının başlıca səbəbi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində dəfn mərasimlərinin təşkili ilə əlaqədar mövcud problemlərin qanunvericilik yolu ilə aradan qaldırılmasıdır.

Xəbər lenti

Xəbər lenti