Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir T.Hacıyev/
Əli Kərimlinin evi qarşısında keçirilən aksiya Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin fəalları tərəfindən təşkil olunub. Bu barədə çərşənbə günü Trend-ə YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.
"Gənclər Əli Kərimlinin vətəni satmağına, xaricdən dəstək alaraq milləti səhv yola aparmağına, Qarabağ kimi problem qala-qala şəxsi mənafeləri önə çəkməyinə etiraz olaraq bu aksiyanı keçiriblər. Gənclər Əli Kərimlinin bu hərəkətlərini heç cür qəbul etmirlər", - Orucov əlavə edib.
Onun sözlərinə görə, aksiya icazəsiz olduğundan polisin müdaxiləsi ilə dağıdılıb.
"Polisin müdaxiləsi nəticəsində askiyanı tam başa çatdıra bilmədik, ancaq gənclər öz etirazlarını bildiriblər", - o, qeyd edib.
Aprelin 2-də müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evi qarşısında bir qrup gəncin etiraz aksiyası keçirilib.
Əli Kərimlinin evi qarşısında keçirilən aksiya YAP Gənclər Birliyi tərəfindən təşkil olunub
Əli Kərimlinin evi qarşısında keçirilən aksiya Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin fəalları tərəfindən təşkil olunub.
