...

Azərbaycan Milli İstiqlal Partiyası İctimai Palatanı tərk edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 Aprel 2011 18:17 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İctimai Palata adlanan qurumu tərk edib.
Azərbaycan Milli İstiqlal Partiyası İctimai Palatanı tərk edib (ƏLAVƏ OLUNUB)

Bəyanatın mətnindən çıxarışlar əlavə olunub (ilk xəbər saat 17:58-də yayılıb)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İctimai Palata adlanan qurumu tərk edib.

Trend-in məlumatına görə, bu barədə AMİP Siyasi Şurasının bazar ertəsi keçirilən iclasında qərar verilib.

Siyasi Şurada bununla bağlı bəyanat da qəbul olunub.

AMİP mətbuat xidmətindən Trend-ə daxil olan bəyanatda bildirilib ki, keçən müddət ərzində İctimai Palata yarandığı zaman qarşısına qoyduğu məqsədlər istiqamətində fəaliyyətdən yayınaraq, yalnız mitinqlərin keçirilməsi ilə bağlı fəaliyyət göstərib. Nəticədə müxalifətin daha geniş spektrinin bir yerdə olmasının qarşısı alınıb, regional təşkilatlanma işi arxa plana keçirilib, bitərəflərin cəlb olunması istiqamətində əməli fəaliyyət göstərilməyib.

"Hədəf olaraq ancaq razılaşdırılmamış məkanlarda mitinqlərin keçirilməsi əsas götürülüb", - bəyanatda bildirilib.

AMİP Siyasi Şurası bütün bunları əsas gətirərək, İctimai Palata adlanan qurumun qarşısına qoyduğu missiyanın həyata keçirilməsindən yayındığını bəyan edib.

Xəbər lenti

Xəbər lenti