...

Ukrayna Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Siyasət Materials 19 Aprel 2011 12:36 (UTC +04:00)
Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana səfəri aprelin 28-29-da baş tutacaq. Bu barədə Trend-ə Ukraynadakı diplomatik mənbə deyib.
Ukrayna Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana səfəri aprelin 28-29-da baş tutacaq. Bu barədə Trend-ə Ukraynadakı diplomatik mənbə deyib.

Azərbaycan və Ukrayna prezidentlərinin görüşündə ikitərəfli və regional əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.

Səfər ərəfəsində, aprelin 21-də Bakıda iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan hökumətlərarası birgə komissiyanın doqquzuncu iclasının keçirilməsi planlaşdırılır.

Aprelin 13-də Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovla səfərin hazırlıq məsələlərini müzakirə edib. Bu barədə səfirliyin rəsmi saytında yerləşdirilən məlumatda deyilib.

Görüşdə rəsmi səfərə hazırlıq kontekstində Ukrayna-Azərbaycan münasibətlərinin aktual məsələləri razılaşdırılıb.

Ukrayna diplomatı və Azərbaycan Baş nazirinin birinci müavini aprelin 21-də Bakıda iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan hökumətlərarası komissiyanın doqquzuncu iclasının keçirilməsi məsələsini də müzakirə ediblər.

Komissiyanın əvvəlki iclası ötən il oktyabrın 7-də Kiyevdə keçirilib.

Xəbər lenti

Xəbər lenti