...

Latviyanın daxili işlər naziri Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi ilə görüşüb

Siyasət Materials 19 Aprel 2011 19:34 (UTC +04:00)
Latviyanın daxili işlər naziri Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi ilə görüşüb
Latviyanın daxili işlər naziri Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi ilə görüşüb

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi (DMX) Arzu Rəhimov ölkəmizdə rəsmi səfərdə olan Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə çərşənbə axşamı Trend-ə Xidmətdən verilən məlumatda deyilr.

Rəhimov DMX-nin yaranma tarixi, fəaliyyət istiqamətləri, həmçinin miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, "bir pəncərə" prinsipinin tətbiqi barədə məlumat verib.

Latviyanın daxili işlər naziri iki dost ölkənin müvafiq qurumları arasında miqrasiya sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsinin zəruriliyini bildirib. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində qısa müddət ərzində miqrasiya sahəsində əldə olunan nəticələrin sevindirici hal olduğunu vurğulayıb.

Xanım Linda Murniese Xidmət rəisi Arzu Rəhimovu Latviya Respublikasına dəvət edib.

Xəbər lenti

Xəbər lenti