...

Türkiyənin Azərbaycandakı səfiri inanır ki, Prezident Obama Konqresdə illik çıxışında "erməni soyqırımı" sözünü deməyəcək

Siyasət Materials 22 Aprel 2011 13:58 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri inanır ki, ABŞ Prezidenti Obama uydurma "erməni soyqırımı"nın növbəti ildönümü ərəfəsində Konqresdə özünün illik çıxışında "erməni soyqırımı" sözünü deməyəcək.
Türkiyənin Azərbaycandakı səfiri inanır ki, Prezident Obama Konqresdə illik çıxışında "erməni soyqırımı" sözünü deməyəcək

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/

Türkiyənin Azərbaycandakı səfiri inanır ki, ABŞ Prezidenti Obama uydurma "erməni soyqırımı"nın növbəti ildönümü ərəfəsində Konqresdə özünün illik çıxışında "erməni soyqırımı" sözünü deməyəcək.

"ABŞ Prezidenti kifayət qədər ağıllı adamdır və inanmıram ki, o belə yalana əhəmiyyət versin", - Trend-in məlumatına görə, cümə günü jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc deyib.

Hər il aprelin 24-də ABŞ Prezidenti Konqresdə uydurma "erməni soyqırımı" ilə bağlı çıxış edir.

Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti