...

Dövlət Gömrük Komitəsinin və Miqrasiya Xidmətinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Siyasət Materials 6 May 2011 14:03 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin əməkdaşları mayın 6-da Heydər Əliyev Fondunda olublar
Dövlət Gömrük Komitəsinin və Miqrasiya Xidmətinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Azərbaycan, Bakı, 6 may /Trend/

Dövlət Gömrük Komitəsinin əməkdaşları mayın 6-da Heydər Əliyev Fondunda olublar.

Trend-in məlumatına görə, ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond yarandığı gündən səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə bir sıra layihələr həyata keçirib.

Qonaqlar ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden və medallara baxmışlar.
Qeyd edilmişdir ki, Azərbaycanın ən yeni tarixinin yaradıcısı və qurucusu - ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur. Ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövr tariximizə sabitlik və inkişaf dövrü kimi daxil olub.

Gömrükçülər ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən "Böyük ömrün anları" filminə də maraqla baxmışlar.

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları da cümə günü Heydər Əliyev Fondunda olublar.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək edir.

Qonaqlar Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirmişlər. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla tamaşa etmişlər.

Daha sonra qonaqlar ulu öndər Heydər Əliyevin həyatından bəhs edən "Böyük ömrün anları" filmini izləmişlər.

Xəbər lenti

Xəbər lenti