Azərbaycan, Bakı, 6 may /Trend/
Xarici işlər naziri Elmar Məmmədyarov iqamətgahı Tehran şəhərində yerləşən İndoneziyanın Azərbaycandakı səfiri İvan Viranataatmacanı ölkəmizdə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib. Trend-in məlumatına görə, bu barədə cümə günü XİN-in mətbuat xidməti yayıb.
Görüş zamanı Viranataatmaca Azərbaycanda İndoneziyanın səfiri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycan Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.
Öz növbəsində nazir Məmmədyarov səfir İvan Viranataatmacaya xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.