...

Bosniya və Herseqovinada ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd edilib

Siyasət Materials 10 May 2011 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyində tədbir keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyindən məlumat verilib.

Tədbirə Bosniya və Herseqovina ictimaiyyətinin nümayəndələri, XİN rəsmiləri, Sarayevo şəhər meriyası və Novi Qrad kantonunun məsul əməkdaşları, Bosniya və Herseqovinada yaşayan azərbaycanlılar və orada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Azərbaycanın Bosniya və Herseqovinadakı müşaviri Yusif Vəzirov tədbir iştirakçılarına Azərbaycanın görkəmli oğlu, müdrik siyasi xadim Heydər Əliyevin həyatından, fəaliyyətindən, ölkəmizin müstəqilliyinin möhkəmlənməsində, hüquqi, demokratik, müasir dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olmasındakı xilaskar rolundan və əvəzsiz xidmətlərindən danışıb.

Vəzirov deyib ki, əsası ulu öndər tərəfindən qoyulmuş siyasi kurs bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Xəbər lenti

Xəbər lenti