...

Azərbaycanın hakim partiyası Minsk qrupu həmsədrlərinə etiraz məktubu göndərib

Siyasət Materials 12 May 2011 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) ATƏT-in Minsk q rupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradkeyə (ABŞ) Azərbaycanın işğal olu n muş ərazilərinə xarici ölkələrdən erməni ailələrin köçürülməsi və məskunlaşdırılması ilə əlaqədar etiraz məktubu göndərib. Trend-in məlumatına görə, bu barədə YAP-ın rəsmi internet saytı məlumat verib.

Məktubun bir nüsxəsi isə ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiuya təqdim ediləcək.

Qırğızıstanda yaşayan 200-dən artıq erməni ailənin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsinə hazırlıq getməsi barədə KİV-də yayılan məlumatlara diqqəti çəkən məktubda bildirilir ki, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın himayəsi və dəstəyi ilə qanunsuz olaraq məskunlaşdırma məsələsi dəfələrlə BMT-də və digər beynəlxalq təşkilatlarda müzakirə olunub. ATƏT-in bununla bağlı fəaliyyət göstərən faktaraşdırıcı missiyası ötən il yaydığı rəsmi hesabatda işğal altında olan Azərbaycan ərazilərində 15 minədək erməninin qanunsuz şəkildə məskunlaşdığını bildirib.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində intensiv və ardıcıl danışıqların getdiyi bir vaxtda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə yeni "erməni köçü"nün təşkil olunması bu danışıqların səmərəliliyinə ciddi zərbə vura bilər. Belə ki, işğal edilən və tamamilə azərbaycanlılardan təmizlənən bir ərazidə süni şəkildə demoqrafik vəziyyəti dəyişmək cəhdi Ermənistanın işğalçı siyasətinin möhkəmləndirilməsi məqsədlərinə xidmət göstərir.

Azərbaycanın işğal altında olan torpaqlarının süni şəkildə "erməniləşdirilməsi" tarixin təkrar olunduğunu xatırladır. Ötən əsrin 40-50-ci illərində Sovet hakimiyyəti Azərbaycan əsilli Ermənistan vətəndaşlarını kütləvi şəkildə Azərbaycana deportasiya etdikdən sonra həmin ərazilərə xaricdən erməniləri köçürməklə Ermənistanın demoqrafik vəziyyətini dəyişməyə nail oldu. İndi tarixi yenidən təkrar etməyə cəhd göstərilir" , - məktubda deyilir.

Yeni Azərbaycan Partiyasının etiraz məktubunda bir daha nəzərə çatdırı lı b ki, erməni tərəfin bu hərəkəti beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə, Avropa Şurası və ATƏT-in Parlament Assambleyasının müvafiq qərarlarına daban-dabana ziddir. Azərbaycan xalqı Azərbaycan torpaqlarına kənardan köç edilməsi siyasətini qətiyyətlə rədd edir və onun heç bir hüquqi nəticəsini qəbul etmək niyyətində deyil.

"Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin işğal edilmiş Dağlıq Qarabağa ermənilərin köçürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edərək, ATƏT-in Minsk q rupunun həmsədrlərini sülh danışıqlarının nəticələrini heçə endirən və münaqişənin dinc vasitələrlə həllinə dair konstruktiv səylərə mane olan "köçürmə siyasəti " ni birmənalı şəkildə pisləməyə və onun mənfi nəticələrinin qarşısını vaxtında almaq üçün müvafiq addımlar atmağa çağırır" , - məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti