...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Siyasət Materials 13 May 2011 10:02 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 12 may /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 13-də saat 01:50-dən 02:15-dək, 02:20-dən 02:26-dək və 03:40-dan 03:45-dək Füzuli rayonunun Aşağı Veysəlli və aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 02:20-dən 02:30-dək və 04:55 05:15-dək tərtər rayonunun Çaylı, Seysulan və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə cümə günü Trend-ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti