Azərbaycan, Bakı, 16 may /Trend, müxbir M.Əliyev/
Qafqaz Xalqları Ali Dini Şurasının bu gün Bakıda keçiriləcək hesabat iclasının iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Trend-in məlumatına görə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və şəhidlərin məzarlarına gül dəstələri qoyublar.
Şuranın hesabat iclası Qafqaz Müsəlmanları İdarəsində (QMİ) öz işinə başlayacaq.
İclasda QMİ-nin Gürcüstan və Dağıstandakı səlahiyyətli nümayəndələri, Qafqazın bütün müftiləri iştirak edəcək.
Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ildə yaradılıb.
Şuraya QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə sədrlik edir.