...

Azərbaycanla Çexiya arasında üç sənəd imzalanıb

Siyasət Materials 17 May 2011 13:09 (UTC +04:00)
Mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiya Prezidenti Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimi olub, Prezidentin rəsmi saytı xəbər verir.
Azərbaycanla Çexiya arasında üç sənəd imzalanıb

Azərbaycan, Bakı, 17 may /Trend/

Mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiya Prezidenti Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimi olub, Prezidentin rəsmi saytı xəbər verir.

"Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Çexiya Respublikasının Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsi arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Çexiya Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsinin prezidenti Milan Holeçek imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"i və "Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"i Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə və Çexiyanın Azərbaycandakı səfiri Radek Matula imzalayıblar.

Xəbər lenti

Xəbər lenti