...

Yerji Buzek Bakıda Avropa Parlamentinin qətnaməsi ilə bağlı açıqlama verəcək

Siyasət Materials 18 May 2011 14:44 (UTC +04:00)
Avropa Parlamenti təkcə qanunverici orqan deyil, həm də bu və ya digər məsələ ilə bağlı qərar qəbul edən və hətta Aİ-yə daxil olan ölkələri tənqid edən qurumdur. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Rolan Kobia deyib.
Yerji Buzek Bakıda Avropa Parlamentinin qətnaməsi ilə bağlı açıqlama verəcək

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/

Avropa Parlamenti təkcə qanunverici orqan deyil, həm də bu və ya digər məsələ ilə bağlı qərar qəbul edən və hətta Aİ-yə daxil olan ölkələri tənqid edən qurumdur. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Rolan Kobia deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti tam müstəqil qurum kimi fəaliyyət göstərir və Avropa Parlamentinin rəhbəri Yerji Buzek mayın 20-də Azərbaycan hökumətinin nümayəndələri ilə görüşdə qətnamə ilə bağlı açıqlama verəcək.

Kobianın sözlərinə görə, belə qətnamələr mənfi xarakterə malik deyil. Harada tənqid varsa, orada da açıq dialoq var, bu isə hər iki tərəf üçün faydalıdır.

Mayın 12-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları və demokratiyanın vəziyyəti ilə bağlı tənqidi qətnamə qəbul edib.

Xəbər lenti

Xəbər lenti