Azərbaycan, Bakı, 19 may /Trend/
Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov Belarusa səfərə gəlib. Trend-in məlumatına görə, bu barədə BELTA-nın müxbiri məlumat verib.
Eyyubov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.
Belarus və Azərbaycanın iqtisadi sahədə əməkdaşlığı fəal inkişaf edir. Son 5 il ərzində Belarus məhsullarının Azərbaycana ixracı 5 dəfə artaraq 150 milyon dollara çatıb.
2010-cu ildə Belarus və Azərbaycanın mal dövriyyəsi 146,2 milyon təşkil edərək 2009-cu illə müqayisədə 17,3 faiz artıb. Bundan başqa, malların ixracı 16,5 faiz artaraq 140,2 milyon dollara çatıb.
Belarusdan Azərbaycana ixracın əsasını maşınqayırma məhsulları (traktorlar, yük avtomobilləri), ərzaq malları (süd və qənnadı məhsulu), ağac emalı (faner, DVP, DSP), tikinti sahəsi malları (şüşə qablar, keramik plitələr), dərman vasitələri, məişət texnikası (soyuducular, paltaryuyan maşınlar), neft-kimya məhsulları (şinlər, etilen polimerləri) təşkil edir.
Belarus Azərbaycandan neft, kənd təsərrüfatı məhsulları (şirələr, fındıq, tütün xammalı), kompleks tikili sintetik parçalar, asiklik spirtlər, bentonit, alümin oksidi idxal edir.
Belarusa bu il başlayan Azərbaycan neftinin tədarükü 2011-ci il ərzində qarşılıqlı mal dövriyyəsinin həcminin ondəfəlik artımına səbəb olaraq 429,8 milyon dollara çatıb. Belarus mallarının Azərbaycana ixracı 71,2 milyon dollar təşkil edərək 2010-cu ilin yanvar-martına nisbətdə 74 faiz artıb. Ümumilikdə Azərbaycanda 300-dən çox Belarus müəssisələrinin məhsulu, o cümlədən 40-dan çox Belarus istehsalçısının - 32 TPS subyekti vasitəsilə təmsil olunub. 2010-cu ildə TPS vasitəsilə tədarüklər ixracın 80 faizə yaxınını təmin edib. Azərbaycanda Belarus traktorları, yük avtomobilləri, avtokranlar, kommunal texnika, optik avadanlıq, liftlər yığılır. Belarus-Azərbaycan əməkdaşlığının istehsal kooperasiyası sahəsində lideri Gəncə avtomobil zavodudur.
Xidmətlər sahəsində əməkdaşlıq genişlənməkdədir. Azərbaycan tələbələrinin Belarusun ali məktəblərində təhsil almaları üçün razılıq əldə olunub. Bakı-Minsk marşrutu üzrə müntəzəm aviaxətt qurulub, iki ölkənin elmlər akademiyalarının xətti ilə İKT sahəsində layihələr həyata keçirilir.
Azərbaycan ilə əməkdaşlığın perspektivli istiqamətləri kimi istehsal kooperasiyasının inkişafı, o cümlədən örtük və qoşqu avadanlığının, kombaynın istehsalının, vaqonların təmirinin mənimsənilməsi, aqrosənaye sahəsində kompleks əməkdşlıq, avtobus, lift, MAZ avtomobili və digər kənd təsərrüfatı texnikasının, şüşə qabların, ağac emalı məhsullarının tədarükü, elmi-texniki, təhsil, nəqliyyat, İKT sahəsində birgə layihələrin həyata keçirilməsi, investisiya əməkdaşlığı, lizinq nəzərdən keçirilir.