...

Azərbaycan XİN rəhbəri İndoneziyaya işgüzar səfər edəcək

Siyasət Materials 23 May 2011 11:46 (UTC +04:00)
Cari ilin 23-28 may tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İndoneziya Respblikasına işgüzar səfəri planlaşdırılıb.
Azərbaycan XİN rəhbəri İndoneziyaya işgüzar səfər edəcək

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir S.Ağayeva/

Cari ilin 23-28 may tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İndoneziya Respblikasına işgüzar səfəri planlaşdırılıb.

İndoneziyaya səfəri çərçivəsində Məmmədyarov Balidə keçiriləcək Qoşulmama Hərəkatının 16-cı nazirlər görüşündə çıxış edəcək. Bu tədbirdə Azərbaycan təşkilata rəsmən daxil olacaq. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan indiyədək təşkilatda müşahidəçi statusuna malikdir.

Qoşulmama Hərəkatı dünyanın 118 ölkəsini ilk növbədə hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Qoşulmama Hərəkatı 1961-ci ilin sentyabrında Belqradda 25 ölkənin iştirakı ilə yaradılıb. Azərbaycan indiyədək bu qurumda müşahidəçi qismində iştirak edib.

Təşkilata Asiya, Afrika və Latın Amerikası ölkələri, eləcə də 15 müşahidəçi ölkə - Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Braziliya, Qazaxıstan, Qırğızıstan, ÇXR, Kosta-Rika, Meksika, Paraqvay, Salvador, Serbiya, Tacikistan, Ukrayna, Uruqvay, Xorvatiya və Monteneqro daxildir.

Xəbər lenti

Xəbər lenti