Gürcüstan, Tbilisi, 26 may /Trend, müxbir N.Kirsxaliya/
Bu gün Gürcüstan Silahlı Qüvvələri Rustaveli prospektindəki hərbi parad zamanı Gürcüstanda yaradılan yeni hərbi texnikanı nümayiş etdiriblər. Paradda artıq İraq və Əfqanıstanda şöhrət qazanmış piyadalardan sonra hərbi texnika keçib.
Texnika hərəkətə gürcü "Didqori" (gürcülərin tarixlərində ən böyük hərbi qələbə qazandıqları yerin şərəfinə adlandırılıb) zirehli transportyorları ilə başlayıb. Bu, paradın ən böyük yeniliyi olub.
Gürcüstanın Müdafiə Nazirliyinin bəyan etgdiyi kimi, hərbi maşınlar yaradılarkən hərbi sənayenin bütün yenilikləri nəzərə alınıb. "Didqori" Gürcüstanda tank zavodunda yığılıb.
Zirehli texnikanın keçidi zamanı Prezident Mixail Saakaşvili tribunadan düşərək zirehli texnikanı saxlayıb, onunla şəxsən tanış olub və hərbçilərlə söhbət edib.
Taktiki-texniki xarakteristikası: "Didqori 1"-in ekipajı - 8+1 (pulemyotçu), təyinatı - kəşfiyyat zirehli hərbi maşın, "Didoqri 2"-nin ekipajı - 6+1 (pulemyotçu), mühərrik - 450 at gücü, ikili turbodizel, sürət saatda 100-120 kilometr, yanacaq çəni maşına 500 kilometr məsafəni qət etməyə imkan verir, zireh - maşın ikinci dərəcəli NATO standartları dərəcəsi üzrə zirehlənib. Bu sinif 7.62/54 kalibrli güllədən müdafiə üçün nəzərdə tutulub. Çəkisi 7 ton, silah "MINIGUN" pulemyot sistemi (tezatma qabiliyyəti dəqiqədə 12-dən 15-minədək atəş), ikinci tip "Didqori"də 12.7 kalibrli pulemyot quraşdırılıb. Hər iki modeldə digər növdən olan silahların quraşdırılması mümkündür.
Modellərdən birinin müəllifi məşhur avtomobil dizayneri Zviad Sikoliyadır. Birinci modelin dizaynını məhz o yaradıb. O, ikincidən azacıq böyük qabariti ilə fərqlənir.
"Didqori"dən sonra paraddan "Hammer" tipli zirehli avtomobil - HMMWV M1151 (High Mobility Multipurpose Wheeled Vehicle) keçib. O yüksək sürətlə hərəkət etmək qabiliyyətinə malikdir, ağır zirehli 1151 modelidir, təyinatı: şəxsi heyətin döyüş meydanına daşınması, kəşfiyyat və müşayiət etmə zamanı istifadəsi mümkündür. 15-dən artıq modofokasiyada mövcuddur.
Ağır zirehli texnika və artilleriya sistemlərindən sonra paradda aviasiya iştirak edib.
Aviasiya UH-1H ( İrokes) helikopterləri ilə təmsil olunub. Təyinatı: desant -nəqliyyat, yaralıların döyüş meyhdanından təxliyəsi; Mi-8 helikopterləri. Model: Mi-8, Mi-8 MT, təyinatı: şəxsi heyətin və yüklərin daşınması; Mi-24 helikopterləri - model: Mi-24 hərbi helikopterləri, təyinatı: quru qoşunlarının manevr etməsinə havadan dəstək.
Habelə "I-39" yüngül hava qırıcıları - "Albatros" nümayiş olunub, təyinatı: pilotların hazırlanması və təkrar hazırlanması və döyüş təhsili; Su- 25 qırıcıları, model - Su-25, Su-25ub, Su-25 "Mimino", təyinatı: piyadaların havadan dəstəklənməsi, dəqiq zərbələr, düşmənin və ağır texnikanın məhv edilməsi.
Su-25 qırıcılarının uçuşundan sonra hərbi parad başa çatıb.
Tbilsidə dünən baş vermiş hadisələrlə əlaqədar "Suxişvilebi", "Xorumi" rəqs ansambllarının çıxışları ləğv edilib.
Parada Gürcüstan Silahlı Qüvvələri Birləşmiş Qərargahının rəhbəri, general-mayor Devi Çankotadze rəhbərlik edib. O, Ali Baş Komandana - Prezident Mixail Saakaşviliyə raport verib.