...

Polşa universitetində Azərbaycan haqqında mühazirə oxunub

Siyasət Materials 30 May 2011 13:49 (UTC +04:00)
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşanın Radom Ali Ticarət Universitetinin dəvəti ilə beynəlxalq məsələlərə həsr olunmuş tədbirdə "Azərbaycan. Azərbaycan və Polşa əlaqələri. Tarix və müasirlik" mövzusunda çıxış edib. Bu barədə bazar günü Trend-ə Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.
Polşa universitetində Azərbaycan haqqında mühazirə oxunub

Azərbaycan, Bakı, 30 may /Trend/

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşanın Radom Ali Ticarət Universitetinin dəvəti ilə beynəlxalq məsələlərə həsr olunmuş tədbirdə "Azərbaycan. Azərbaycan və Polşa əlaqələri. Tarix və müasirlik" mövzusunda çıxış edib. Bu barədə bazar günü Trend-ə Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.

Həsənov tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyev və onun Azərbaycan tarixindəki rolu, xidmətləri, Ermənistan tərəfindən işğal olunmuş ərazilər, məcburi köçkünlər, münaqişənin tarixi haqqında ətraflı məlumat verib. Səfır Azərbaycan Respublikasının hərtərəfli inkişafı naminə Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici və daxili siyasətinin istiqamətləri ilə tədbir iştirakçılarını tanış edib.

O, Azərbaycanın qədim tarixi, onun ərazisində yaşamış qədim xalqlar və onların yaratdıqları dövlətlər, Xəzər Dənizi və Bakı toponimlərinin etimologiyası, habelə xalqımızın ən qədim zamanlardan dünya mədəniyyətinin inkişafında oynadığı rol haqqında geniş məlumat verib.

Səfır çıxışında dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına toxunaraq böyük mütəfəkkirin Şərq renesansının banisi olduğunu qeyd edib.

Bundan əlavə Həsənov Azərbaycan-Polşa münasibətləri, polyak ziyalılar, siyasi xadimlər, mühəndis və memarların Azərbaycan tarixindəki xidmətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə Azərbaycan haqqında film və "Eurovision" müsabiqəsində ölkəmizi təmsil edən Eldar Qasımovun və Nigar Camalın ifa etdiyi musiqinin video çarxı nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti