...

Azərbaycan Aİ üçün xüsusi tərəfdaşdır - Miroslav Layçak

Siyasət Materials 7 İyun 2011 10:58 (UTC +04:00)
Azərbaycan Aİ üçün xüsusi tərəfdaşdır. Bunu bazar ertəsi Bakıya gələrkən Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Miroslav Layçak bildirib. Trend-in məlumatına görə,bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin məlumatında deyilir.
Azərbaycan Aİ üçün xüsusi tərəfdaşdır - Miroslav Layçak

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir R.Dərəxşan/

Azərbaycan Aİ üçün xüsusi tərəfdaşdır. Bunu bazar ertəsi Bakıya gələrkən Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Miroslav Layçak bildirib. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin məlumatında deyilir.

"Avropa Qonşuluq Siyasəti Cənubi Qafqaz ölkələri üçün böyük imkanlar açır. Azərbaycan Aİ üçün xüsusi tərəfdaşdır. Biz onunla artıq möhkəm əlaqələr qurmuşuq. Biz daha uzağa və daha sürətlə getmək istəyirik, çünki ölkə islahatları davam edir", - Layçak bildirib.

Onun sözlərinə görə, insanlar naminə tərəfdaşlığı inkişaf etdirməyin və Azərbaycana, eləcə də Aİ-yə toxunan qlobal problemlərə birgə reaksiya verməyin zamanı yetişib.

"Hazırda danışıqlar apardığımız assosiasiyalar haqqında saziş münasibətlərimizi irəliyə, ölkənin modernləşdirilməsi üzrə səyləri dəstəkləməyə yönəldəcək", - avropalı diplomat bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Habelə xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev, siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də, beynəlxalq qurumların və diplomatik cəmiyyətin nümayəndələri ilə görüşlər planlaşdırılıb.

Layçakın Cənubi Qafqaza səfəri iyunun 10-dək davam edəcək. Onu Aİ-nin Şərq tərəfdaşlığı ölkələri şöbəsinin rəisi, Azərbaycanla assosiasiyalar haqqında saziş üzrə danışıqlarda əsas elçisi Con Kyayer müşayiət edir. Nümayəndə heyəti iyunun 7-dək Bakıda olacaq.

Səfər zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da inkişaf etdirilməsinin perspektivləri müzakirə olunacaq. Bundan əlavə səfər Avropa Qonşuluq Siyasəti icmalının əsas xüsusiyyətlərinin izahına və sentyabrda Polşada keçirilməsi planlaşdırılan Şərq tərəfdaşlığı sammitinə hazırlığın başlanmasına xidmət edəcək.

Azərbaycan Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusla yanaşı 2009-cu ildən Aİ-nin "Şərq tərəfdaşlığı" proqramında iştirak edir.

Xəbər lenti

Xəbər lenti