...

Jirinovskinin Rusiya XİN-ə müraciət etməsi Azərbaycanın daxili işlərinə qarışmaq istəyənlərin çağırışıdır - deputat

Siyasət Materials 10 İyun 2011 19:26 (UTC +04:00)
Dövlət Duması sədrinin müavini, Rusiya Lideral Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Rusiya XİN-ə müraciət etməsi Azərbaycanın daxili işlərinə müdaxilə etmək istəyən müəyyən dairələrin çağırışıdır.
Jirinovskinin Rusiya XİN-ə müraciət etməsi Azərbaycanın daxili işlərinə qarışmaq istəyənlərin çağırışıdır - deputat

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir M.Əliyev/

Dövlət Duması sədrinin müavini, Rusiya Lideral Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Rusiya XİN-ə müraciət etməsi Azərbaycanın daxili işlərinə müdaxilə etmək istəyən müəyyən dairələrin çağırışıdır. Bu sözləri Trend-ə deputat Aydın Mirzəzadə deyib.

"Belə hadisə Jirinovskinin ölkəsi ilə bağlı baş versəydi, o özü bunu emosional şəkildə qəbul edərdi, medianı bu məsələdə fəal olmağa çağırardı", - o qeyd edib.

"Dövlət Duması sədrinin müavini, RLDP-nin lideri Jirinovski Rusiyanın xarici işlər naziri Sergey Lavrova rəsmi məktubla müraciət edib", - RLDP-nin rəsmi saytı məlumat verib.

"Rusiya Liberal Demokrat Partiyası ölkənin Azərbaycandakı səfiri Vladimir Doroxinin "Exo Moskvı" radiostansiyasının jurnalisti Sergey Buntmanla bağlı insidentə reaksiyasını qəbuledilməz hesab edir", - məktubda deyilir.

İyunun 8-də Rusiya səfiri Doroxinin mətbuat konfransında bu yaxınlarda "Exo Moskvı" müxbirinin Azərbaycan tərəfi ilə razılaşdırmadan separatçı Dağlıq Qarabağa səfər etməsinə toxunulub. Buna radiostansiya rəhbəri Aleksey Venediktov öz bəyanatlarında haqq qazandırır.

"Venediktova bəyanat verməyi qadağan etmək olmaz, lakin o, öz məsuliyyətini başa düşməlidir, - səfir bildirib. - Azərbaycanın bu şəxsi [jurnalist Sergey Buntmanı] buraxmamaq qərarı onun haqqıdır və bu müzakirə edilmir".

Mayın ortalarında Rusiyanın "Exo Moskvı" radiostansiyasının baş redaktorunun müavini Sergey Buntman Azərbaycan tərəfinə bildirmədən Dağlıq Qarabağın işğal olunmuş ərazilərinə səfər edib. Buntman orada separatçı liderlərdən müsahibə götürüb. Azərbaycan Xarici İşlər Nazirliyi jurnalisti respublikaya səfəri arzuolunmaz şəxslər siyahısına daxil edib. Belə qərar Bakını xəbərdar etmədən Dağlıq Qarabağa səfər edən bütün əcnəbilərə qarşı tətbiq edilir.

Azərbaycanlı deputatın sözlərinə görə, Sergey Buntman işğal olunmuş ərazilərə Azərbaycanın rəsmi hakimiyyətinin razılığı olmadan səfər edib.

"Və bu düzdür ki, Azərbaycan belə şəxslərin adını "qara siyahı"ya salır. Bu, bütün dünyada qəbul edilir. Dağlıq Qarabağa getmək istəyən istənilən əcnəbi vətəndaş bu faktı nəzərə almalıdır", - Mirzəzadə bildirib.

"Azərbaycanın fəaliyyəti Dağlıq Qarabağa səfərlərin azalmasına gətirib çıxarır, bu əraziyə aldatmaq yolu ilə dəvət olunanlar isə sonradan Azərbaycan hökuməti qarşısında üzr istəyirlər", - o qeyd edib.

"Hesab edirəm ki, Azərbaycan heç bir halda bu məsələlərdə güzəştə getməməlidir və Rusiya, konkret olaraq Rusiya XİN Azərbaycan tərəfinin mövqeyini başa düşür", - deputat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti