Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə təbrik məktubu göndərib. Məlumatı çərşənbə günü Prezidentin rəsmi saytı yayıb.
"Milli bayramınız - Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Lüksemburq münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Böyük Hersoqu Anriyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Lüksemburq xalqına sülh və firavanlıq arzulayıb.