...

Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbi parad başa çatıb (ƏLAVƏ OLUNUB 4) (FOTO, VİDEO)

Siyasət Materials 26 İyun 2011 14:48 (UTC +04:00)
Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbi parad baş çatıb (ƏLAVƏ OLUNUB 4)
Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbi parad başa çatıb (ƏLAVƏ OLUNUB 4) (FOTO, VİDEO)

Fotoşəkillər və video əlavə olunub (ilk xəbər 11:18-də əlavə olunub)

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə hərbi parad keçirilib.

Trend-in məlumatına görə, hərbi paradda Silahlı Qüvvələrin 6 min nəfərlik şəxsi heyəti, 400-ə qədər hərbi texnika və silah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən 60-a yaxın silah, 14 zirehli transpartyor, 35 döyüş vertolyotu, 22 döyüş, 8 təlim-məşq təyyarəsi, 28 gəmi, kater və digər növlər nümayiş etdirilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev hərbi paradda çıxış edib.

Sonra Azadlıq meydanında Silahlı Qüvvələrin birləşmələrinin və hərbi texnikanının keçidi olub.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti